16 
Apr
2019
12:33
146
326
12125
Virtual karabakh

Fitnes müəllimindən yayqabağı məsləhətlər: Bu bədəni altı ilə yığmışam - FOTO

Hər bir qadını birləşdirən arzulardan biri mükəmməl xarici görünüş və füsunkar bədən quruluşuna sahib olmaqdır. Gözəllik yeganə məhfumdur ki, nə qədər qurban tələb edilsə, verməyə hazırıq. Bəs görəsən, xarici görünüşünü yaxşı formada saxlamaq üçün nə etmək lazımdır? Hansı yaş dövründə, hansı vasitələr daha effektivdir? Azərbaycan qadınları daha çox bədənlərinin hansı hissələrindən narazıdırlar?

Oxu.Az-ın bu və digər suallarını tanınmış fitnes müəllimi Aysel Rəhimzadə cavablandırıb. Aysel xanımın sözlərinə görə, hər şey iradədən asılıdır.

- Sizi tanıyaq. Neçə ildir idmanla məşğul olursunuz?

- Aysel Rəhimzadə. Hazırda 21 yaşım var. Altı ildir idmanla məşğul oluram, üç ildir ki, peşəkar məşqçi kimi fəaliyyət göstərirəm. Uşaq vaxtlarımdan idmana böyük marağım olub. Heç vaxt düşünməmişəm ki, bu sahədə məşqçi kimi fəaliyyət göstərərəm. Bir maraqla başlayıb və bu günə qədər davam edib.

- Çox gözəl bədən quruluşunuz var. Bu nəticəyə neçə il ərzində nail olmusunuz?

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Aysel👸🇦🇿 (@ragimzade.a) on

- Təşəkkür edirəm. Bunun üçün möhkəm iradəli olmaq lazımdır. Mən, demək olar ki, altı ildir öz üzərimdə çalışıram. Qətiyyən rejimi pozmuram. Proqramla addım atmaq lazımdır. Ümumyyətlə, qarşıya məqsəd qoyduqdan sonra ona nail olmaq çətin deyil. İlk olaraq addım atmaq lazımdır.

- Ailəniz bu işdə sizə dəstək olur?

- Əslində, dəstək olurlar, desəm, yalan olar (gülür). Amma heç vaxt istəklərimə qarşı da çıxmayıblar. Özüm öz gücümə bütün bunlara nail olmuşam. İnanırsınız, idmana o qədər maraqlı idim ki, dərsdən qaçıb yaxınlıqdakı idman zallarına gedirdim.

Bir müddətdən sonra artıq getdiyim zallarda xanımlar mənə yaxınlaşıb məsləhət almağa başladılar. Nəticə əldə etdikdən sonra təşəkkür edirdilər. Burdan artıq növbəti maraq yarandı ki, mən məşqçi kimi də fəaliyyət göstərə bilərəm.

- Neçə yaşınızda məşqçi kimi fəaliyyətə başlamısınız?

- 19 yaşımda artıq məqçi kimi fəaliyyət göstərməyə başladım. Məşqçi kimi çalışanda öz yaşıdlarıma rast gəlmirdim. Məncə ən gənc yaşda məşqçi olan xanımlardan biri elə özüməm.

- Bədən quruluşu genetik faktora söykənir?

- Əslində, bu çox önəmli faktordur. Çünki insan çox kilolu və çox arıq ola bilər. Amma bədən quruluşu, əzələlərin bəlirgin olması hər kəsdə eyni cür olmur. Uzun müddət öz üzərində çalışdıqdan sonra əzələləri istədiyiniz formaya sala bilərsiniz. Amma heç bir bədən birəbir digəri ilə eyni ola bilmir.

- Sizə müraciət edən xanımlar ən çox bədənlərinin hansı nahiyəsindən narazıdırlar?

- Bilirsiniz, əsasən, qarın və baldır nahiyyəsindən çox şikayət edirlər. Xüsusilə həmin nahiyələrin qısa müddətdə incəlməsini istəyirlər. Bu isə mümkün deyil.

- Məşq proqramı tərtib edərkən ən çox nəyə fikir verilməlidir?

- Şəxsən mən öz adıma onu deyim ki, ilk olaraq insanın daxili orqanlarında hər hansı problemin olub-olmadığı yoxlanılmalıdır. Onurğa sütununda, mədə-bağırsaq sistemində hər hansı problem varsa, bunu bilməliyəm. Ona uyğun şəkildə ağırlıq məsələsi, məşq proqramı tərtib edilir.

- Nəticə əldə etmək üçün sizə müraciət edən xanımlara nə tövsiyə edirsiniz?

- Əslində, nəticə əldə etmək üçün əsas üç faktor - səbr, dözüm və iradə önəmlidir. Səbr ona görə lazımdır ki, xanımlar ay tamam olmamış bədəndə dəyişiklik görmək istəyirlər.

Daha sonra dözümlülük olmalıdır, bəzən fiziki gücü zəif olan insanlar tez yorulurlar və məşqləri yarımçıq qoyurlar. Ən əsası, iradə olmalıdır. Qida rasionuna ciddi riayət etmək üçün nəfsinə hakim olmağı bacarmalısan.

- Protein və ya əlavə qida məhsullarının qəbulu orqanizmə ziyan vurur? Bəzən onların zərərli olduğu, hətta müxtəlif xəstəliklərə yol açdığı deyilir.

- Xeyr, bu, yanlış fikirdir. Proteinlər əlavə qida məhsullarıdır və onların tərkibi də gündəlik qəbul etdiyimiz qidaların tərkibindəki zəruri maddələrə bərabərdir. Sadəcə olaraq, biz bir qaşıq protein qəbul edəndə təxminən bir kiloqram ət istehlakından qəbul etdiyimiz maddələri qəbul edirik.

Onlar vasitəsilə orqanizmin tələbatı qədər zülal qəbul edilir. Bəzən deyirlər, protein əzələlərin şişirdilməsi üçün istifadə edilir, bu, belə deyil. Artıq altı ilə yaxındır mən özüm protein qəbul edirəm. Mütəmadi olaraq da həkim müayinələrindən keçirəm. Əgər deyilən problemlər yaransaydı, artıq öz orqanizmimdə hiss edərdim.

Sadalanan mənfi fikirlər iynələrə aiddir ki, bu da bizim tərəfimizdən də pislənir. Heç kimə bunu məsləhət görmürük.

- Xarici ölkələrdəki orta yaşlı qadınların fiziki göstəriciləri ilə bizim qadınlar arasında çox ciddi fərq var. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bilirsiniz, bizim mətbəximiz olduqca zəngin, dadlı və kifayət qədər yağlı yeməklərdən ibarətdir (gülür). Bu səbəbdən də yeməklərə “yox” deməyimiz asan deyil. Düşünürəm ki, məhz bu səbəbdən bizim xanımlar öz bədən quruluşlarını stabil saxlamaqda çətinlik çəkirlər.

- Gün ərzində nə qədər məşq etmək norma hesab olunur?

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Deli Ciyin mewqi😻😏

A post shared by Aysel👸🇦🇿 (@ragimzade.a) on

- Hər gün 40 dəqiqə, maksimum bir saat məşq etmək kifayətdir. Əgər həftədə yalnz iki dəfə məşq etmək şansınız olursa, yaxşı olar ki, iki saata qədər intensiv məşq edəsiniz. Artıq yorğunluğa ehtiyac yoxdur.

- Xanımlar hansı səhvlərə yol verir?

- Bizim xanımların ən çox səhv etdiyi məqamlardan biri su içməklə bağlıdır. Bəzən yeməkdən əvvəl su içirlər və dərhal yemək yeməyə başlayırlar. Düşünürlər ki, bu, onları tox tutur və daha az yeməyə vadar edir. Amma bu, yanlış fikirdir. Çünki yeməkdən yarım saat əvvəl və ya sonra maye qəbulu məqsədəuyğundur. Səhər tezdən acqarına su qəbulu çox yaxşıdır. Məsləhətdir. Amma yemək aralarında yox.

- Qida rasionu necə tənzimlənməlidir?

- Gün ərzində beş dəfə olmaqla, az-az və tez-tez qidalanmaq lazımdır. Bədənin tələbatı var. Qida rasionuna mümkün qədər riayət etmək lazımdır. İdmançılar istisna olmaqla, digər insanlar şəkərdən, yağdan tamamilə imtina edə bilməz. Orqanizm, gündəlik iş şəraiti bir sıra problemlərin yaşanmasına səbəb ola bilər.

Ona görə də gərək nəfsimizə sahib çıxaq, yağlı, duzlu, şəkərli yeməklərdən imtina edək. Bədəndə karbohidrat çatışmayanda saçlarımız tökülməyə başlaya bilər. Ona görə də qatı dieta lazım deyil, amma mümkün qədər azaltmaq yaxşıdır. Həftədə bir dəfə özünüzə icazə verə bilərsiniz. Çox yox, az miqdarda istədiyiniz qidaları istehlak edə bilərsiniz.

- Fitnesin yaşı varmı?

- Xeyr, yaş məhdudiyyəti yoxdur. Amma 15-16 yaşdan yuxarı başlamaq daha münasibdir.

- Bədəndə ən tez və ən gec formalaşan nahiyə hansıdır?

- Ən gec qarın nahiyəsindəki əzələlərimiz formalaşır. Ən tez formalaşan isə baldır nahiyəsidir. Əslində, qadınlar istəyir ki, qarın əzələləri daha diqqətçəkən olsun, bel isə daha incə. Lakin bu bir neçə ay ərzində əldə ediləcək nəticə deyil. Ona görə də bəzən məşqə bir neçə ay gəlib sonra yarıda saxlayırlar. Əzələlərin tam üzə çıxması üçün bədəndə yağ faizi tam aşağı düşməlidir. Ümumiyyətlə, bədəndə gözə çarpacaq dərəcədə dəyişiklik olması üçün bir neçə il mütəmadi məşq etmək lazımdır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yariwa Hazirliqlar davam edir 😓 Ayaqlara diqqet ☝👍

A post shared by Aysel👸🇦🇿 (@ragimzade.a) on

- İllərlə məşq etdikdən sonra idmanı atmaq bədəndə nə kimi dəyişikliklərə səbəb ola bilir?

- Yaxşı olar ki, idmana həyat tərzinə uyğun temp seçilsin. Gələcəkdə idman insanların həyatına əlavə yük kimi düşməsin. İdmanı atmaq məsləhət deyil, bu, bir növ sağlamlıqdır. Amma idmanı atanda nə qədər də mənfi dəyişiklik olsa, yenə də idmandan əvvəlki bədən quruluşuna qayıtmırıq. Bədəndə əzələ yaddaşı deyilən bir şey var.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri