16 
Apr
2019
13:01
17
208
1991
Virtual karabakh

Lənkəranda ağır qəza: 4 nəfər xəsarət aldı - FOTO

Lənkəranda zəncirvari qəzada 4 nəfər xəsarət alıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində baş verib. 

Belə ki, ard-arda hərəkətdə olan üç yedəkli motosiklet bir-biri ilə toqquşaraq qarşı tərəfdən hərəkət edən Qumru Həsənovun idarə etdiyi 42-BR-651 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilə çırpılıb. 

Nəticədə yedəkli motosikletləri idarə edənlər: Masallı rayonunun Köçəkli kənd sakinləri 1994-cü il təvəllüdlü Fərəc Yədulla oğlu Rəhimli, 1995-ci il təvəllüdlü Cahangir Məhəmməd oğlu Bəhlulov, 1995-ci il təvəllüdlü Hüseyn Əlamət oğlu Mirəzizov və 2002-ci il təvəllüdlü Söhbət Həybət oğlu Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Onlardan F.Rəhimli və C.Bəhlulovun xəsarətləri daha ciddi qiymətləndirilir. Hadisə şahidlərinin bildirdiyinə görə, qəzaya “Ford” markalı mikroavtobus səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri