17 
Apr
2019
10:33
81
23
1987
Virtual karabakh

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Səhər saatlarında yağışlı hava şəraiti ilə əlaqədar yollarda tıxac və maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Daha bir hadisə isə Bakı dairəvi avtomobil yolunda qeydə alınıb.

Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə sürücüləri diqqətli olmağa çağırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülərə yollarda qeyd edilən sürət həddini aşmamaq tövsiyə edilir:

“Yağmurlu hava şəraitində avtomobillərin sürüşmə ehtimalı daha çoxdur, bu da yol-nəqliyyat hadisəsi ilə nəticələnə bilər. Ümumiyyətlə, sürücülər bu cür hava şəraitində sürət həddini minimuma endirməli, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamalıdır. 

Yağmurlu hava şəraitində sürüşkən yollarda avtomobilin hərəkətə gətirilməsi və ya dayandırılması zamanı sürücülər sürət qutusundan düzgün istifadə etməlidirlər. Xüsusilə paytaxtın enişli-yoxuşlu, sərt döngələrində sürücüləri daha diqqətli olmağa səsləyirik”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri