17 
Apr
2019
11:31
22
104
1204
Virtual karabakh

Ali Məhkəmənin sədri: Avropa Məhkəməsinin ləğv etdiyi işlərin sayı azalıb

2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246 920 işə, o cümlədən, 224 584 mülki işə, 5029 iqtisadi mübahisəyə, 17 307 inzibati mübahisəyə dair işlərə baxılıb. 

Oxu.Az xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 2017-ci illə müqayisədə, 2018-ci ildə baxılan işlərin ümumi sayı 30,5 faiz azalıb. 

R.Rzayevin sözlərinə görə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının müraciətinə əsasən ləğv olunan işlərin sayında 2017-ci illə müqayisədə, 2018-ci ildə azalma müşahidə olunub.

O qeyd edib ki, Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb: 

“Mülki kollegiyada 6,5 faiz, cinayət kollegiyasında 3,1 faiz, hərbi kollegiyada isə 8,9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artma müşahidə olunub”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri