17 
Apr
2019
12:01
15
193
2281
Virtual karabakh

Bakıda 58 yaşlı qadını maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Bəhruz Mirzəyev küçəsində avtomobil 58 yaşlı Zöhrə Rəhimovanı vurub. 

Qadın təcili olaraq Travmatologiya İnstitutuna yerləşdirilib. Ona baldır sümüyünün sınığı diaqnozu qoyulub. Həyati təhlükəsi yoxdur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri