17 
Apr
2019
12:10
38
20
1647
Virtual karabakh

“Yubiley NETTY2019” internet mükafatı iştiraka dəvət edir - FOTO

17 Apr, 2019
12:10
1647

“Yubiley NETTY2019” internet mükafatı iştiraka dəvət edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NETTY2019” Azərbaycanın milli internet mükafatının keçirilməsinə başlanılıb.

2019-cu ildə 15 illiyini qeyd edən, “NETTY” mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində qabaqcıl xadimləri aşkar edir və mükafatlandırır.

Müsabiqə iştirakçılarının ərizə qəbulu 2019-cu ilin 17 aprelindən 24 mayadək www.netty.az saytında davam edəcək. 24 maydan 31 mayadək mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurasının və Virtual münsiflər heyətinin səsverməsi başlayır. 

1 iyunda nominantlar sırasından qaliblərin müəyyən edilməsi üçün “NETTY Akademiyası” səsverməyə başlayacaq.

“NETTY 2019”un qalibləri rəsmi olaraq təntənəli mükafatlandırma mərasimində elan edilirlər. Müsabiqənin əsas mükafatı olan “NETTY” heykəlciyi qaliblərə təqdim edilir. Mərasimə mükafatın bütün nominantları dəvət olunur.

Veb-saytlar, proqramlar, sosial şəbəkələrin səhifələri və onlayn videolayihələr mükafatın namizədləri ola bilərlər. Ərizələrin qeydiyyatı ödənişlidir.

“Virtual münsiflər heyəti” internet istifadəçilərdən formalaşdırılır. Sosial şəbəkələrin köməyilə və həmçinin, mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü olmaqla, müsabiqə nominantlarının seçməsində iştirak edə bilərlər. Virtual münsiflər heyəti müsabiqə iştirakçılarının ümumi sayından “Virtual münsiflər heyətinin seçimi” nominasiyası üzrə üç nominantı seçir.

Müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılan “Ekspert şurası” dizayn, proqramlaşma, marketinq, jurnalistika və digər sahələrdə mütəxəssis olan şəxslər tərəfindən təmsil olunur. Ekspert şurası hər nominasiya üzrə üç nominant seçir.

“NETTY akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes-strukturlarda fəaliyyət göstərən nüfuzlu şəxsiyyətlərlə təmsil edilir. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edir.

Müsabiqə çərçivəsində 2019-cu ildə aşağıdakı nominasiyalar üzrə qaliblər elan olunacaq:

1. Dövlət

2. İqtisadiyyat və Biznes

3. Təhsil və Elm

4. Mədəniyyət və Yaradıcılıq

5. İnformasiya və Xəbərlər

6. Elektron Xidmətlər və Ticarət

7. İdman və Sağlamlıq

8. Cəmiyyət və Ailə

9. Turizm və İstirahət

10. Azərbaycan

11. “İlin mobil proqramı” nominasiyası

12. “Virtual münsiflər heyətinin seçimi” nominasiyası

13. Ən yaxşı onlayn videolayihə

14. Sosial şəbəkələrdə ən yaxşı səhifə

15. “İlin İT hadisəsi” nominasiyası

16. “Azərbaycanda İT-nin inkişafının zənginləşdirilməsinə görə” nominasiya

Cari ildə, müsabiqə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Mədəniyyət Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir.

Mükafatın baş partnyoru - “NAR”.

Qızıl partnyor - “AZCLOUD”.

Gümüşü partnyor - “FOMINOV Consulting”.

“BakuTel” sərgisi, “SmartHost” şirkəti, “Golden Pay” şirkəti, “Renley.az” veb-agentliyi mükafatın partnyorları qismində çıxış edirlər.

Layihənin informasiya partnyorları: Infocity.az, Technote.az, Oxu.az, Media.az, DeJure.az saytları, CBC və ITV telekanalları.

“NETTY” Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. “NETTY” –  Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Mükafatla bağlı əməkdaşlıq məsələləri üzrə [email protected] ünvanına müraciət edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri