17 
Apr
2019
13:21
16
295
5862
Virtual karabakh

Xaçmazda maşın kanala düşdü: sürücü öldü - FOTO/VİDEO

17 Apr, 2019
13:21
5862

Xaçmazda maşın kanala düşdü: sürücü öldü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmazda minik maşını su kanalına düşüb. 

Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. 

90 XL 783 dövlət nömrə nişanlı, “Lexsus” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində sürücü həyatını itirib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit sudan çıxarılıb. Ölənin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri