19 
Apr
2019
09:30
36
172
13515
Virtual karabakh

2019-cu il alman avtomobili 6900 AZN-ə - FOTO/VİDEO

Yaz mövsümünün gəlişi ilə əlaqədar, Volkswagen Bakı Mərkəzinin başladığı kampaniya müştərilərin böyük rəğbəti ilə qarşılanıb. Məhdud sayda 2019-cu il istehsalı Volkswagen Polo Sedan Comfortline avtomobili çox əlverişli şərtlərlə - 27000 manata deyil, cəmi 25000 manata təklif olunur. Bununla bərabər, avtomobil üçün çox əlverişli kredit və lizinq şərtləri də təqdim edilir.

Belə ki, avtomatik sürət qutulu “Polo Sedana 36 ay müddətinə, 6900 manatdan başlayan ilkin ödənişlə sahib ola bilərsiniz. Kredit şərtlərinin müddəti 60 aya qədər uzadıla bilər və aylıq ödəniş cəmi 560 manata enmiş olur. Kredit dövrü azaldıqca, avtomobilin ilkin ödənişi də azalır.

“Volkswagen Polo Sedan Comfortline” öz seqmentinin ən əlverişli avtomobillərindən biridir. Avtomobil güclü komplektasiyaya və yüksək keyfiyyətə malik olması müqabilində alıcıları üçün çox sərfəli qiymətə təqdim olunur. Bu model 1.6l həcmli sadə mühərrikə və 110 at gücünə malikdir. Polo Sedan avtomobilinin şossedə 100km-də 4.7l yanacaq işlətməsi, onu öz seqmentinin ən qənaətcil avtomobili edir.

Qeyd edək ki, sözügedən kampaniya Novruz bayramı ərəfəsində başlanmışdır, bir aydan da az müddətə kampaniyaya ayrılan bütün avtomobillər satılıb. Artan müraciətləri nəzərə alaraq kampaniyanın Aprel ayının sonuna qədər uzadılması qərara alınıb.

Kampaniya barədə daha ətraflı məlumat və sifariş üçün şəhər telefonlarından *7788 ilə əlaqə saxlaya və ya Volkswagen Bakı Məkəzinə yaxınlaşa bilərsiniz.

Ünvan Babək prospekti 35A

Əlaqə telefonu:   *7788 

(+994 55) 555 77 88

www.volkswagen.az

https://www.facebook.com/VolkswagenAZ

https://www.instagram.com/volkswagen_azerbaijan/

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri