19 
Apr
2019
09:36
27
198
3495
Virtual karabakh

Moldovada altı azərbaycanlı saxlanıldı - FOTO

19 Apr, 2019
09:36
3495

Moldovada altı azərbaycanlı saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın paytaxtı Kişinyovda altı nəfər Azərbaycan vətəndaşı tutulub.

Point.md portalının məlumatına görə, 24-45 yaşlarında olan azərbaycanlılar Kişinyovdakı tikililərdən birində icazə olmadan işlədikləri üçün miqrasiya bürosu tərəfindən saxlanılıb. 

Məlumata görə, onlar 18 min ley (4254 ABŞ dolları - red.) məbləğində cərimələnib. Bundan başqa, həmin şəxslərə beş gün müddətində Moldovanı tərk etmək tapşırılıb və onların üç il ərzində bu ölkəyə girişi qadağan olunub.

Onların işlədiyi tikinti şirkəti 45 min ley (10636 ABŞ dolları - red.) məbləğində cərimə ödəməli olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri