19 
Apr
2019
10:49
59
93
3465
Virtual karabakh

Tümendə evlənən azərbaycanlının nikahı saxta çıxdı

19 Apr, 2019
10:49
3465

Tümendə evlənən azərbaycanlının nikahı saxta çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Tümen şəhər məhkəməsi azərbaycanlı kişi ilə rusiyalı qadın arasında bağlanmış nikahın saxta olduğunu müəyyən edib.

Bu barədə “Yamskaya Sloboda” məlumat verir.

2016-cı ilin aprel ayında 19 yaşlı azərbaycanlı Rusiya vətəndaşı olan həmyaşıdı ilə nikaha daxil olub. Nəticədə, o, Rusiya ərazisində müvəqqəti yaşama icazəsi, daha sonra isə uzunmüddətli yaşama icazəsi əldə edib.

Məlumata görə, azərbaycanlı gənc saxta nikahın müqabilində qıza 15 min rubl (təxminən 400 manat – red.) ödəyib.

Tümen Prokurorluğu faktla bağlı Leninqrad rayon (Tümenin) məhkəməsinə müraciət edərək, onların aralarında bağlanmış nikaha xitam verilməsini istəyib.

“Ər-arvad” məhkəməyə verdikləri ifadədə nikahın saxta olduğunu etiraf ediblər. Məhkəmə prokurorluğun iddia müraciətini təmin edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri