19 
Apr
2019
13:24
232
29
3411
Virtual karabakh

Xaçmazda müəllim fənn kabinetini “tarix muzeyi”nə çevirdi - VİDEO

19 Apr, 2019
13:24
3411

Xaçmazda müəllim fənn kabinetini “tarix muzeyi”nə çevirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən 4 nömrəli məktəb-liseyin şagirdləri tarix dərsini muzeydə keçirlər. 

Oxu.Az-ın şimal bölgəsi üzrə müxbirinin xəbərinə görə, Sərxan Qəribov çalışdığı məktəbdə fənn kabinetini “tarix muzeyi”nə çevirib. 

Tarix kabinetində müxtəlif dövrlərə aid 300-ə qədər eksponat qorunur. Sərxan müəllim bu eksponatların şagirdlərin dərsi daha yaxşı qavramasına kömək etdiyini deyir. 

Sumqayıt Dövlət Universitetinin məzunu olan Sərxan Qəribov on ildir şagirdlərə tarix dərsini tədris edir. 

Arxeologiyaya böyük marağı olan gənc pedaqoq şəxsi təşəbbüsü ilə tarixi əşyaları fənn kabinetinə toplayıb. İlk baxışdan tarix muzeyini xatırladan otaqda Azərbaycanla yanaşı, Misir, Hindistan, Çin və başqa ölkələrə aid qədim əşyalar da qorunur.

Burada qorunub-saxlanılan tunc, orta əsrlər və ən yeni dövrümüzə aid saxsı qablar, geyim əşyaları, pullardan ibarət kolleksiya şagirdlər tərəfindən maraqla qarşılanır. 

Bu “muzey” haqqında eşidən valideynlər özlərində olan qədim əşyaları həvəslə məktəb-liseyə təqdim edirlər. Bildirək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri