19 
Apr
2019
18:18
13
335
4472
Virtual karabakh

Bakıda maşın piyadanı vurub öldürdü

19 Apr, 2019
18:18
4472

Bakıda maşın piyadanı vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobilin vurduğu piyada dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov 2096 ünvanında baş verib. 

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Kərimov Asif Məmməd oğlu idarə etdiyi “Toyoto Corolla” markalı 99 GR 374 nömrə nişanlı avtomobillə, piyada 1956-cı il təvəllüdlü şəhər sakini Binnətəliyeva Sona Musa qızını vurub.

Piyada təcili Respublika Xəstəxanasına yerləşdirilib. Lakin o, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri