20 
Apr
2019
01:40
21
244
4326
Virtual karabakh

Yol nişanına məhəl qoymayan sürücü qəza törətdi - FOTO/VİDEO

20 Apr, 2019
01:40
4326

Yol nişanına məhəl qoymayan sürücü qəza törətdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nərimanov rayonunda 2 avtomobilin iştirakı ilə yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Əhməd Rəcəbli və Albert Aqarunov küçələrinin kəsişməsində qeydə alınıb. Məhərrəmov Anar Şamil oğlu 05 BG 330 dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobili ilə Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən 99 FR 330 dövlət qeydiyyatlı “BMW” markalı avtomobillə toqquşub.

Məlumata görə, “BMW”-nin sürücüsü dairəvi yolda “yol ver” nişanının tələbini pozub. Nəticədə, qəza baş verib.

“BMW” markalı avtomobilin sürücüsünün şəxsiyyəti hələlik məlum deyil. 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri