20 
Apr
2019
11:11
29
339
11012
Virtual karabakh

Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü

20 Apr, 2019
11:11
11012

Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qardaşının bıçaqladığı bacılardan digəri də xəstəxanada vəfat edib.

Oxu.Az-ın məlumatına görə, hadisə aprel ayının 16-da paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. 

Belə ki, 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu ailə münaqişəsi zəminində yaşadığı evin qonaq otağında bacısı, 1964-cü təvəllüdlü Əlimanova Səadət Şirbala qızını mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə endirərək öldürüb. 

Daha sonra həmin bıçaqla digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vuraraq ağır bədən xəsarətləri yetirib. Ağır yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə rəğmən qadın dünən xəstəxanada dünyasını dəyişib.

Qadının meyiti tibbi ekspertizaya təqdim edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başladılıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri