20 
Apr
2019
16:13
49
151
8649
Virtual karabakh

Sabaha hava necə olacaq?

20 Apr, 2019
16:13
8649

Sabaha hava necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti təşkil edəcək. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri