20 
Apr
2019
15:47
532
19
4168
Virtual karabakh

Hərbçilərimiz azyaşlını yanğından xilas etdilər

20 Apr, 2019
15:47
4168

Hərbçilərimiz azyaşlını yanğından xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində fərdi yaşayış evində yanğın baş verib. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə zamanı azyaşlı uşaq evdə köməksiz vəziyyətdə qalıb. Yanğının baş verdiyi ünvanın Dövlət Yanğından Mühafizə Xidmətinin hissələrindən aralı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə isə nisbətən yaxın yerləşdiyi nəzərə alınaraq, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməliyyat növbətçisi tərəfindən Müdafiə Nazirliyinin əməliyyat növbətçisi ilə əlaqə yaradılıb və həmin hərbi hissədən kömək istənilib. 

Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi Hərbi Hissənin hərbi qulluqçuları tərəfindən 2017-ci il təvəllüdlü Hüseynova Mənsurə Sərdar qızı xilas olunub. Yanıq xəsarəti almış azyaşlıya hərbi hissənin tibbi personalı tərəfindən ilkin yardım göstərilib.

Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 1986-cı il təvəllüdlü Ağayev Sərdar Eyvaz oğluna məxsus ümumi sahəsi 80 m² olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğın söndürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri