20 
Apr
2019
21:24
25
249
3481
Virtual karabakh

Şamaxıda ağac avtomobilin üstünə düşdü, xəsarət alanlar var - FOTO/VİDEO

20 Apr, 2019
21:24
3481

Şamaxıda ağac avtomobilin üstünə düşdü, xəsarət alanlar var - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda avtomobilin üzərinə iri gövdəli ağac düşüb. Nəticədə iki nəfər xəsarət alıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saat 20.00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü kilometrliyində, Şamaxı şəhəri ərazisində baş verib.

Qəbələ rayonu Bum kənd sakini, 1973-cü il təvəllüdlü Bayramov Elman Davud oğlunun idarə etdiyi avtomobil sözügedən yolda hərəkətdə olarkən yolun kənarındakı iri gövdəli ağac qırılaraq avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində avtomobilin sürücüsü və onun övladı, 2006-cı il təvəllüdlü Bayramov Şirin Elman oğlu müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, xəsarət alanlara ambulator yardım göstərilib. Onların vəziyyəti normaldır.

Qeyd edək ki, avtomobildə bir ailənin beş üzvü olub.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri