21 
Apr
2019
09:34
74
517
52028
Virtual karabakh

Bakıda qız oğlan dostunu evə gətirdi, qapını FHN açdı

21 Apr, 2019
09:34
52028

Bakıda qız oğlan dostunu evə gətirdi, qapını FHN açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.

ONA-nın xəbərinə görə, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.

Araşdırmalardan sonra fakta hüquqi qiymət veriləcək.

Hörmətli oxucular, Ona.az saytına istinadla təqdim etdiyimiz video ilkin mənbədən silindiyindən, Oxu.Az saytı olaraq biz də həmin görüntüləri saytdan sildik.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri