21 
Apr
2019
19:02
33
375
6917
Virtual karabakh

Lənkəranda intihara cəhd edən qadın öldü - FOTO

21 Apr, 2019
19:02
6917

Lənkəranda intihara cəhd edən qadın öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran rayonu Ürgə kənd sakini Zamanlı Xalidə Zeynal qızının ailə münaqişəsi zəminində sirkə turşusu içərək intihara cəhd etməsi barədə xəbər vermişdik.

Oxu.Az-ın regional müxbirinin məlumatına görə o, Rayon Mərkəzi Xəstəxanasında keçinib.

 Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

14:30

Lənkəran sakini sirkə turşusu içib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə rayonun Ürgə kəndində baş verib.

1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan zəruri tibbi yardım göstərilməklə, reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Yaxınlarının bildirdiyinə görə, X. Zamanlı ailə münaqişəzi zəminində sirkə turşusunu içməklə, canına qəsd edib.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Əzimov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri