22 
Apr
2019
16:26
41
181
4103
Virtual karabakh

Yataqxana sakini: Bizimlə razılaşmasalar, heç yerə çıxmayacağıq - VİDEO

Bir neçə ay əvvəl Nərimanov rayonu Vladimir Mayakovski küçəsi bina 9/8-də yaşayan sakinlərin həyatının təhlükə altında olduğu haqqında reportaj təqdim etmişdik.

Oxu.Az xəbər verir ki, bu gündən başlayaraq vətəndaşların köçürülmə prosesini həyata keçirmək üçün qeydiyyat başlanılıb.

Rahat mənzillərlə təmin olunacaqlarını gözləyən sakinlər isə, necə deyərlər, yağışdan çıxıb yağmura düşüblər. Belə ki, yeni tikiləcək binaya köçməli olan sakinlərin ailə tərkibi nəzərə alınmayıb.

Sakinlər bildirirlər ki, bu cür şərtlərə heç cür razı ola bilməzlər, əks təqdirdə hazırkı binadan heç yerə çıxmayacaqlar.

Problemlə bağlı ilk olaraq köçürmə işinin həyata keçirilməsi üçün binanın ətrafında yaradılmış məntəqəyə getsək də, suallarımıza cavab verən olmadı.

Nərimanov rayon İcra Hakimiyyətinin birinci müavini Şahmar İbadovla əlaqə saxladıq. İcra müavini bildirib ki, bəzi sakinlər var ki, qeydiyyatla ev almaq üçün qohumlarını da gətirib orada saxlayıblar.

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri