23 
Apr
2019
12:47
190
21
2934
Virtual karabakh

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

23 Apr, 2019
12:47
2934

Piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadanı vurub öldürdükdən sonra qaçan sürücü tutulub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu birgə məlumat yayıb.

Belə ki, aprelin 23-də paytaxtın Xətai rayonu, Neapol küçəsində 1972-ci il təvəllüdlü Babayev Aqil Zalış oğlunun idarə etdiyi “Audi A8” markalı, 10-SR-111 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Ağayev Şamo Firudin oğlunu vuraraq aldığı xəsarətlərdən sonuncunun ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində aprelin 23-də A.Babayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri