23 
Apr
2019
12:54
9
84
2535
Virtual karabakh

İTV-nin Yayım Şurasının yeni üzvləri məlum oldu

23 Apr, 2019
12:54
2535

İTV-nin Yayım Şurasının yeni üzvləri məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb.

Oxu.Az xəbər verir ki, Yayım Şurasının boş qalan üç yerinə beş nəfərin namizədliyi irəli sürülüb. 

Yəni idman federasiyaları tərəfindən Yusif Babanlı ilə Orxan Muxtarovun, dini konfessiyalardan Salman Musayevin, yaradıcılıq təşkilatlarından Zemfira Qafarova ilə Cəmilə Həsənovanın namizədlikləri irəli sürülüb. 

Millət vəkilləri tərəfindən məsələyə baxılaraq, Yayım Şurasının üzvlüyünə Y.Babanlı, S.Musayev və Z.Qafarova seçilib.

Kamil HƏMZƏOĞLU

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri