23 
Apr
2019
17:11
37
103
2272
Virtual karabakh

“Uşaq Qaynar Xətt” xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

23 Apr, 2019
17:11
2272

“Uşaq Qaynar Xətt” xidmətinə daxil olan müraciətlərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azercell Telekom” MMC-nin dəstəyi ilə yaradılan və fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yanvar, fevral, mart ayları üzrə hesabatını açıqlayıb. Hesabata əsasən, bu ilin I rübündə xidmətdən 801 uşaq yararlanıb. Yanvar ayında “Uşaq Qaynar Xətt” xidmətinə ümümilikdə 239, fevral ayında 345, mart ayında isə isə 217 müraciət daxil olub. Onlardan 491-i təhsil, 50-si sosial, 67-si psixoloji, 77-si hüquqi, 29-u səhiyyə, 87-si isə digər sahələrdə yaranan sualları əhatə edib. Qeyd edək ki, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglərin 437-si qızlar, 364-ü isə oğlanlara aiddir.

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətin yaradılmasında əsas məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasına, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. “Uşaq Qaynar Xətt”inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, “Azercell” şirkətinin təşəbbüsü ilə 2017-ci ildə İOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiq istifadəyə verilib. 2018-ci ilin iyun ayının 13-dən isə xidmətin Göygöl ofisi fəaliyyətə başlayıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin işçi heyəti uşaqlarla iş sahəsində geniş təcrübəyə malik olan psixoloqlar, hüquqşünaslar və sosial işçilərdən ibarətdir.

“Azercell Telekom” MMC-nin dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. “Uşaq Qaynar Xətt” xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə edə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan “Azercell”-in şəbəkəsi ölkə ərazisinin 99.1 faizi (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir.

Hazırda 4,5 milyon abunəçi “Azercell”-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri