23 
Apr
2019
22:48
17
621
11356
Virtual karabakh

Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır

23 Apr, 2019
22:48
11356

Bacı 25 ildir xəstə qardaşını zəncirləyib zirzəmidə saxlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunun Qarabörk kəndində bacı psixi problemləri olan qardaşını illərdir hində zəncirlənmiş halda saxlayır.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib. K.Ağazadənin sözlərinə görə, bacı bunu qardaşının təqaüdünü almaq üçün edib.

“Onun ruhu xəstə ola bilər. Bəs digər ruhu xəstə olub,onu bu hala salan ruhu xəstə bacını görən ruhu saglam insanlar hardadır? Ucar rayonu Qarabörk kənd sakinidir bu insan, daha düzgün anlamağınız üçün - psixi xəstədir. Amma insandır ilk öncə! 25 ildir ki, psixi xəstə olan ancaq kənd əhalisi arasında, “sən Allah, xatasın bizdən çəksin” mifi ilə özünə haqq qazandırıb, digər psixoloji problemi olan qardaşını da 9 il öncə ata mülkündən uzaqlaşdıran, bütün kəndə meydan oxuyan “bacı” var!

 Bu “bacı” məxluq 1-ci qrup əlilliyi olan bu qardaşını illərdir ki, zirzəmidə,toyuqlarla bir yerdə saxlayır. Son illərədək hələ qapıya qıfıldan əlavə zəncir də vururmuş. Bilirsizmi niyə? O xəstə qardaş birdən “ağıllanardı” onun adına aldığı pensiya əlindən çıxardı. Ən yaxşısı elə zirzəmidə qıfıllı qalsın deyib. Bütün kənd bilib, susub, əlaqədar qurumlara deməyib”,- deyə Kəmalə Ağazadə yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri