24 
Apr
2019
10:09
26
213
3619
Virtual karabakh

“Formula-1” günlərində hava necə olacaq?

24 Apr, 2019
10:09
3619

“Formula-1” günlərində hava necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva-nın Oxu.Az-a verdiyi məlumata görə, aprelin 26-da gecə bəzi yerlərdə yağış yağacaq.

Səhər isə yağış tədricən kəsiləcək:

“Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi güman edilir. Aprelin 26-da havanın temperaturunun səhər 10-12, gündüz 16-18, axşam isə 13 dərəcə isti olacağı gözlənilir”.

“Aprelin 27-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 10-12, gündüz 16-18,  axşam 14 dərəcəyədək isti olacağı gözlənilir. 

Aprelin 28-də isə yağmursuz hava şəraiti  olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz, 18-20, axşam isə 15 dərəcə isti olacaq”, - deyə direktor əlavə edib.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri