24 
Apr
2019
11:04
81
16
2791
Virtual karabakh

Turistlər

24 Apr, 2019
11:04
2791

Turistlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Teymur Məmmədov yazır...

Əvvəllər şəhərdə bir turist tünlüyü müşahidə olunurdu. Müxtəlif dillərdə danışan insanların sayı da artmaqda idi. İndi isə nəsə bir səngimə hiss olunur. 

Yəni bizim ölkəmizi tanımaq və ondan doymaq bu qədər tezmi baş verdi?

Bu günlərdə gözümə bir rəqəm dəydi. Əgər mənim gözümə dəyən o statistikaya inansaq, görərik ki, bizim ölkədən Gürcüstana gedən turistlərin say göstəricisi bu ilin ilk üç ayı ərzində qonşu ölkəyə gələn turist axınında ilk yeri tutur. Biz hətta bu göstəriciyə görə Rusiyanı da qabaqlamışıq.

Maraqlıdır, görəsən, bu, Gürcüstanın Azərbaycandan gözəl olmasının, onların mətbəxinin bizdən zəngin olmasının, gürcülərin daha da qonaqsevər olmasının, yoxsa qonşu ölkənin turizm sahəsində xidmət mədəniyyətinin yüksək olmasının və yaxud onlarda turizmlə bağlı marketinq işinin daha effektiv təşkil olunmasının təcəssümüdür?

Yoxsa həmin problem bizdə müvafiq xidmət sahələrinin turizmin təşkilinə qeyri-ciddi yanaşmasından qaynaqlanır?

Bu sualın cavabını mən verə bilməyəcəyəm.

Bir onu bilirəm ki, Türkiyə turizm ekspertləri turizm obyektlərinə qoyulan yatırımın 15 ilə özünü doğrultduğunu israrla söyləyirlər.

Bizdə bu qədər səbir hardandır? Amma özlüyündə rəqəmlər bir tendensiya olaraq bizdən ötrü heç də ürək açacaq statistikaya oxşamır.

Nə etməli, pis statistika da bir statistikadır.

Düşünmək, götür-qoy etmək, tədbirlər görmək istəyənlər üçün, təbii...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri