26 
Apr
2019
14:46
78
24
3409
Virtual karabakh

Dayanacaq

26 Apr, 2019
14:46
3409

Dayanacaq

Teymur Məmmədov yazır...

Bakıda harada dayanacaq varsa, orada zibil dizə çıxır.

Bakıda harada dayanacaq varsa, orada yeni bina tikilir. 

Bəlkə də, harada yeni bina tikilirsə, orada dayanacaq olur. Yəqin, elə indidən gələcək sakinlərin “Buradan filan avtobus keçir” fəlsəfəsinə alışqanlıqlarını formalaşdırmaq istəyindən doğur bu novatorluq.

Bir də dayanacaqlarda heç də həmişə saz işləməyən ödəniş kartı avtomatları olur.

Bir də, bir də, bir də... Daş dövründən qalmış informasiya monitorları var dayanacaqlarda.

Hamısında olmasa belə... İnsanlardan küsüb, işləmirlər bu monitorlar.

Bir zaman muzey eksponatı olacaqmış kimi onları qoruyub saxlamaq lazımdır, bəlkə də...

Bakıda harada dayanacaq varsa, orada iki cür avtobuslar dayanır. 

Birində ödəniş ciddi surətdə yalnız kartla aparılır. İkincisində isə nağd pulla. Çünki biz yeniliyi sevən müasir fərdlərik, həm də ənənələrə bağlı insanlarıq.

Ödənişi talonla olan avtobuslarda adamlar qabaq qapıdan minirlər, sonra minnət-xahiş ilə arxaya doğru keçirlər. Amma dayanacağa çatanda rahatca arxa qapılardan düşə bilirlər.

Pulu nağd ödənilən avtobuslara insanlar ön qapıdan minir və elə ordaca quruyub qalırlar.

Sürücü arxa qapını açmır ki, düşənlər ön qapıdan ödəniş edib düşsünlər.

Görünür, hər kəs sürücüyə daha yaxın dayanmaq istəyir. 

Formulalı sürücülərdir bunlar.

Qabaqlar insanlar yaşlılara yer verərdilər.

İndi telefoniya və melomaniya insanları çox məşğul və qayğılı göstərir.

Bir də çoxlu sayda taksilər var avtobus dayanacaqlarında...

Hərdən yoxa çıxırlar. 

Yenə peyda olurlar. 

Deyilənə görə, taksilərin burada dayanması qadağandır.

Hər deyilənə inanan deyiləm.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri