24 
Apr
2019
15:00
37
191
7654
Virtual karabakh

Niyə qardaşım mənə eşşək əti yedirdir?!

24 Apr, 2019
15:00
7654

Niyə qardaşım mənə eşşək əti yedirdir?!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Bu yaxınlarda bir dostumla biznesin inkişafı, yerli istehsalçıların bazara çıxardığı məhsulları müzakirə edirdik. Yerli məhsullar arasında dosta-düşmənə təqdim olunacaq da az deyil. Şükür olsun gözəgörünməz internet tanrısına ki, istənilən məhsulu beynəlxalq bazara da çıxarmaq olar. Əsas odur ki, çıxarılası bir şey olsun. Əgər məhsul keyfiyyətlidirsə, uzaq Afrika ölkəsindən belə gəlib alacaqlar.

Sözüm onda deyil. Son zamanlar istehsal olunan məhsullar arasında ət məhsulları var ki, adam onun rənginə baxanda anlayır ki, bunu yesə “rus ruletkası” kimi oyuna düşəcək. Ya sağ qalacaqsan, ya da... Sonra da bəzi işbazlar deyir ki, “bəs, bizi incidirlər, yoxlayırlar, imkan vermirlər kolbasaya karton qatıb sataq”! “Karton satan”a arada “çox sağ ol” deməyim gəlir.

Ölmüş at, eşşək ətindən məhsul düzəldib satanlara nə deyəsən? Bunu edən isə nə ermənidir, nə də gürcü. Elə mənim, sənin qardaşındır. Lap dibini qazsaq, ikimizdən birinin qohumu çıxacaq. Amma nə olsun, qardaş qardaşa rəva bilir ki, qardaşı eşşək əti yesin. Nəsə...  

Bu yaxınlarda xəbər tutmuşam ki, Rusiyada qida məhsullarının hazırlanmasında texniki şərtlər aradan qaldırılıb. Yəni proses istehsalçı və istehlakçının arasında baş verən razılıq əsasında tənzimlənir. Məsələn, biri deyir ki, pulum azdır, mən daha ucuz xammaldan hazırlanan qida məhsulunu əldə etməyə razıyam, tərkibini bilirəm və heç bir narazılığım yoxdur. Nə dövlətdən, nə də istehsalçıdan. Digəri də deyir ki, qardaş, mən ancaq kənd yumurtası istifadə edirəm, qiyməti neçədir, ödəyirəm. Vəssalam.

İndi bir anlıq təsəvvür edin, bu texniki şərt dediyimiz məsələ bizdə aradan qaldırılıb. Qida Təhlükəsizliyi Agentliyi ləğv olunub və kim nə istəyir, edir. İstehsalçının vicdanı isə əldə etdiyi gəlirlə əlaqədar olaraq yox olur və əlinə keçəni qatır yemək-içməyimizə. Və burada hamımızı ağlamaq tutur ki, bəs qurban olaram, gəlin, bunları basın dama. Öldürdülər, qırdılar milləti. Yenə də sübut olunur ki, başımızın üstündə qılınc olmasa, düz-əməlli iş görən deyilik.  Ağlamalısı isə odur ki, bunu edən elə özümüzünküdür. Nə ermənidir, nə də gürcü.

Odur ki, yoxlama və nəzarət daha güclü və sərt olmalıdır. Bəlkə, qorxuya düşüb bir balaca tükləri ürpəşə.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri