24 
Apr
2019
12:47
23
476
5358
Virtual karabakh

Azərbaycanda iki nəfər it dişləməsindən ölüb: Günah özlərindədir

24 Apr, 2019
12:47
5358

Azərbaycanda iki nəfər it dişləməsindən ölüb: Günah özlərindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bu il iki nəfər quduzluq faktının qurbanı olub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib. 

O bildirib ki, quduzluqdan ölüm faktına səbəb peyvəndə qeyri-ciddi yanaşılması olub:

“Quduzluqdan ölənlərdən biri öz iti tərəfindən həyətdə cırmaqlanıb. Həmin şəxs bunu təhlükəli hesab etməyib və dərhal tibb müəssisələrinə peyvənd üçün müraciət  etməyib. İkinci hal da bu yaxınlarda Ağstafada oldu, bu da həmin şəxsin öz günahı idi. Peyvəndləri sona qədər almamışdı”.

Qurum rəsmisi deyib ki, it dişləmə halında insanlar mütləq poliklinikaya müraciət etməlidirlər.

“Xüsusən də sahibsiz itlər küçələrdədir, onlar peyvənd olunmayıb. Dişləmə halı varsa, insanlar müraciət edib, müalicə olunmalıdır”.

A.Əliyeva ötən həftə quduz it hücumuna məruz qalan dörd yaşlı uşaq haqqında da danışıb:

“Ola bilər ki, həmin itin quduz olduğu təsdiqlənib. Lakin bu, hələ heç nə demək deyil. Uşağın peyvəndləri ardıcıllıqla aparılmalıdır. Mütləq bütün prosedurlara riayət olunmalıdır. Uşağın vəziyyəti aldığı travmalarla bağlı çətindir. Uşaqda quduzluq əlamətləri yoxdur”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri