24 
Apr
2019
14:02
78
43
6484
Virtual karabakh

Nazirlikdən məktəblərə tapşırıq

24 Apr, 2019
14:02
6484

Nazirlikdən məktəblərə tapşırıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi ilə bağlı təlimat məktubu göndərilib.

Bu barədə məlumat nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

“Nazirliyin məktubunda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin, alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri