25 
Apr
2019
09:46
17
501
8643
Virtual karabakh

Özünü çaya atan müəllimin meyiti tapıldı - YENİLƏNİB

25 Apr, 2019
09:46
8643

Özünü çaya atan müəllimin meyiti tapıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 24-də Salyanda Akkuşa çayında batan qadının meyiti tapılıb. 

Oxu.Az-ın Aran Bürosunun məlumatına görə, axşam saatlarında Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızı özünü Akkuşa çayına ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu meyiti sudan çıxararaq, aidiyyəti qurumlara təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

24 aprel, 20:35

Salyan Rayonunun Seyidsadıqlı kəndində 1 nəfər çayda batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə kimliyi məlum olmayan bir nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.

Oxu.Az-ın Aran bürosunun verdiyi xəbərə görə, batan şəxs 35 yaşlı  Aysel Vaqif qızı Dadaşovadır.

O, özünü Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. Aysel Dadaşova 3 azyaşlı uşaq anasıdır və Seyidsadıqlı kənd orta məktəbində müəllim işləyib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində və FHN əməkdaşdarı tərəfindən araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri