25 
Apr
2019
12:59
53
739
20308
Virtual karabakh

Bakıdakı məşhur mağazada erməni mahnısı - YENİLƏNİB + VİDEO

25 Apr, 2019
12:59
20308

Bakıdakı məşhur mağazada erməni mahnısı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bonita” mağazalar şəbəkəsi metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən filialında erməni mahnısının səslənməsi məsələsinə aydınlıq gətirib.

Mağazalar şəbəkəsindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu, sadəcə, anlaşılmazlıq olub. 

Açıqlamaya görə, mağazada hər gün səhər saat 09:00-dan axşam 21:00-dək “YouTube” portalı vasitəsilə mahnılar səsləndirilir və avtomatik olaraq yenilənir:

“Erməni dilini bilmədiyimiz üçün yenilənən mahnının erməni mahnısı olduğunu anlamamışıq. Bu mahnıları “YouTube” özü tənzimləyir. Burada anlaşılmazlıq yaranıb. Hər birimiz azərbaycanlıyıq və vətəndaşlarımıza faydalı olmağa çalışırıq. Həmin mahnının səsləndirilməsini isə heç kim istəməzdi”. 

Mağazadan qeyd olunub ki, videonu çəkən şəxsin iradlarına rəğmən, mahnını dəyişdirməyən əməkdaş işdən çıxarıla bilər:

“Əgər videonu çəkən xanım mahnının dəyişdirilməsini istəyibsə və əməkdaşımız bunu etməyibsə, həmin şəxsin işinə son verməyə hazırıq. Çünki erməni adı gələndə vətənpərvərlik ruhu oyanmayan biri kollektivimizdə ola bilməz”.

10:55

Bakıdakı məşhur mağazalardan birində erməni mahnısının səsləndirilməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayımlanıb

Məlumatlara görə, hadisə Bakının Yasamal rayonunda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında yerləşən “Bonita” geyim mağazasında baş verib.

Videonu çəkən jurnalist Könül Aypara mağaza işçilərinə irad bildirsə də, onlar buna məhəl qoymayıb. Əksinə, “onsuz da kefimiz yoxdur, siz də qanımızı qaraldırsınız” deyərək, xanım jurnalisti borclu çıxarmağa çalışıblar. 

Səsləndirilən “Mi Gna“ mahnısının sözləri Artak Aramyana, ifası isə erməni reper Super Sakoya məxsusdur və “remix” versiyasıdır.

Həmin görüntüləri təqdim edirik:

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri