26 
Apr
2019
09:00
5
149
2230
Virtual karabakh

Salyanda mikroavtobusla avtomobil toqquşdu: yeddi yaralı - VİDEO

26 Apr, 2019
09:00
2230

Salyanda mikroavtobusla avtomobil toqquşdu: yeddi yaralı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunun Noxudlu kəndi ərazisində - Ələt-Astara magistralı ilə Şirvan-Salyan yolunun kəsişməsində “Ford” markalı mikroavtobusla “Mersedes” markalı minik maşını toqquşub.

Oxu.Az-ın Aran bürosunun xəbərinə görə, nəticədə, yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Üç nəfərə yerində yardım göstərilib, dörd nəfər isə Salyan rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri