25 
Apr
2019
12:23
26
69
8195
Virtual karabakh

Qabiliyyət imtahanının şərtləri dəyişdirildi

25 Apr, 2019
12:23
8195

Qabiliyyət imtahanının şərtləri dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər dövlət və ödənişli sifarişli yerlərdə müsabiqə şərtləri fərqlənirdi. Bu il isə hər ikisində şərtlər eynidir. 

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev “Xüsusi qabiliyyət imtahanları” jurnalının təqdimatda bildirib. 

Onun sözlərinə görə, 2019/2020-ci tədris ilində qəbul modelində edilən dəyişiklik qabiliyyət imtahanlarında da öz əksini tapıb:

“Bu il keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib. Dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaq.

Əvvəllər dövlət və ödənişli sifarişli yerlərdə müsabiqə şərtləri fərqlənirdi. Bu il isə hər ikisində eyni şərtlərdir, hamısı üçün 60 və daha çox bal yığmaq tələb olunur”. 

Şöbə müdiri qeyd edib ki, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib:

“Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkan verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək.

Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla iki tapşırıq təklif ediləcək. O, çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (beş və daha çox) qiymət almış abituriyentlər ikinci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən biri olmaqla) verməlidirlər.

İkinci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman ikinci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək.

Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir”.

“Yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalının ikinci nömrəsi də nəşr ediləcək. Həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək və bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq.

Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imrtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub.

Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək”, - deyə şöbə müdiri qeyd edib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri