25 
Apr
2019
15:48
83
349
8400
Virtual karabakh

Bakıda müəllim şagirdi döydü

25 Apr, 2019
15:48
8400

Bakıda müəllim şagirdi döydü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir məktəbdə şagird müəllim tərəfindən döyülüb.

Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi qəsəbəsi, Üçüncü mədən adlanan ərazidə yerləşən 205 saylı tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbdə çalışan müəllim, 1983-cü il təvəllüdlü S.Ə. həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü R.Ə. döyərək ona xəsarət yetirib. 

Faktla bağlı uşağın valideynləri polis bölməsinə şikayət ərizəsi yazıb. Şikayət əsasında S.Ə. hüquq-mühafizə orqanları tərəfindən polis bölməsinə çağırılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı araşdırma davam edir.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri