25 
Apr
2019
18:05
204
37
11798
Virtual karabakh

Mir Teymur Məmmədov İçərişəhər qala divarının tarixindən danışır - VİDEO

25 Apr, 2019
18:05
11798

Mir Teymur Məmmədov İçərişəhər qala divarının tarixindən danışır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə internetdə yayılmış İçərişəhər qala divarının sökülməsini əks etdirən foto cəmiyyətdə böyük əks-səda doğurdu. İçərişəhər tarixi-memarlıq kompleksi rəhbərliyi rəsmi bəyanatla məsələyə aydınlıq gətirsə də, sabitliyin pozulmasında maraqlı olan bəzi insanlar yalan məlumatlar yaymaqda davam edir.

Bu arada, tanınmış rəssam, heykəltəraş Mir Teymur Məmmədov “Facebook” səhifəsində XIX əsrin sonları - XX əsrin əvvəllərində qala divarının bürcünün yaxınlığında kommersiya məktəbinin inşa olunduğunu xatırladıb:

“Ardınca, SSRİ dövründə həmin məktəbin adını Bakı Dövlət Universitetinə dəyişdilər. Bəzi “zirək” adamlar isə laboratoriyanın lazım gəldiyini əsas gətirərək, əlavə tikililər inşa etdirib və birbaşa olaraq divarlara girişib. Sonradan bu, bir tendensiya halını alıb, divar ətrafında olan tikililərin sayı isə getdikcə artmağa başlayıb.

Sovet İttifaqı dağıldıqdan sonra, 1990-cı illərin əvvələrində ölkədə yaranmış vəziyyətdən istifadə edən bir şəxs xidməti yerləri özəlləşdirməyə başlayıb, bundan sonra isə həmin yerləri böyük məbləğə sataraq ABŞ-a gedib.

Nəticədə, qanunsuz razılaşmanı ləğv etmək üçün böyük əmək və vaxt sərf olundu. Bununla qala divarının kənar tərəfindən bütün əlavə tikililərin söküntüsünə başlanıldı.

Daha sonra, XIX əsrin fotoları əsasında qala divarının ən hündür bürcünün tarixi görünüşünün bərpa edilməsi ilə bağlı qərar qəbul olundu. Digər sözlə, məsələ əlavə tikililərin sökülməsi və maksimal oxşar qüllənin tikilməsi ilə bağlı idi.

Və bu 2012-ci ildə həyata keçirildi, sosial şəbəkələrdə yayılan foto isə məhz həmin ildə çəkilib. Hazırda bürc tamamilə mükəmməl görünür və buna hər kəs ya kompleksi ziyarət edib, ya da aşağıdakı videoya baxıb əmin ola bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri