26 
Apr
2019
10:39
33
250
20086
Virtual karabakh

“Luna Park”da ürəkdağlayan mənzərə - FOTO/VİDEO

26 Apr, 2019
10:39
20086

“Luna Park”da ürəkdağlayan mənzərə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1990-cı illərin uşaqlarının 2000-ci illərin əvvəllərində avropasayağı bir parkı var idi: “Luna Park”.

Xətai rayonu, Nobel qardaşları prospekti 57/2 ünvanında yerləşir. Əvvəllər Nizami adına Mədəniyyət və İstirahət Parkı adı ilə tanınırdı. Sonradan parka müxtəlif maraqlı attraksionlar gətirməklə birdən-birə əyləncəli məkana çevirdilər.

Park elə 90-cı illərin uşaqlarının böyüməsi ilə tarixə qovuşdu. Gedən-gələn olmadımı, “Mall”larda açılan əyləncə məkanları dahamı üstün tutuldu, deyə bilmərik. Bəlkə də, uşaqların əyləncə anlayışı dəyişdi, ona görə “Luna Park” unuduldu. 

Bir neçə il əvvəl təmirə bağladılar. Parkın qapıları o bağlanan bağlandı. 

Parkın yaxınlığından keçəndə “Lələ köçüb, yurdu qalıb” deyə bir təəssürat yaranır. Tərk edilmiş park, baxımsızlıqdan bərbad vəziyyətə düşmüş attraksionlar... O park ki, indi 30 yaşlarında olanların bir vaxtlar əvəzolunmaz “Mall”ı idi, “playstation”u idi, “GTA”sı idi, məşhur “internet oyunları” idi. 

Oxu.Az-ın fotoqrafı qapalı məkanlara dəyişilən “Luna Park”da olub.

Parkın son halını fotolarla təqdim edirik:

Ramil Zeynalov, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri