29 
Apr
2019
17:06
155
81
6382
Virtual karabakh

Nazirlikdən məktəblərdə dini dərslərin tədrisi məsələsinə - REAKSİYA

29 Apr, 2019
17:06
6382

Nazirlikdən məktəblərdə dini dərslərin tədrisi məsələsinə - REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyi orta məktəblərdə dini fənlərin keçirilməsi məsələsinə münasibət bildirib.

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilindən IV və VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur:

“Həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb. Hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur”.

“Ali təhsil müəssisələrinə gəldikdə, Təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri