May
2019
11:40
68
206
5785
Virtual karabakh

Bakıdakı avtoyuma məntəqələri xəstəlik saçır - VİDEO

1 May, 2019
11:40
5785

Bakıdakı avtoyuma məntəqələri xəstəlik saçır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avtomobillərin sayı çoxaldıqca, avtoyuma məntəqələrinin də sayı artır. Bu məntəqələrdə avtomobillər təmizlənsə də, ətraf ərazilər kimyəvi sularla örtülür.

Baku TV-nin əməkdaşları sözügedən məsələni araşdırmaq üçün paytaxtın bir neçə ərazisində yerləşən avtoyuma məntəqələrinə üz tutub.

Məlum olub ki, kimyəvi maddələrlə yuyulan avtomobillərin çirkli sularının yola axıdılması nəticəsində ərazilərdə gölməçələr yaranır, ətrafa pis qoxu yayılır və burada antisanitar vəziyyət hökm sürür. Bu, yoldan keçən avtomobilləri də çirkləndirir.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, Azərbaycandakı avtoyuma məntəqələrinin əksəriyyəti dünyada bu sahə üzrə mövcud olan qaydalar və standartlara uyğun deyil. Bu da çirkab suların ekologiyaya və insanlara ziyan vurmasına səbəb olur.

O əlavə edib ki, avtoyuma məntəqələri qapalı şəraitdə olmalıdır.

Mütəxəssisin sözlərinə görə, məntəqələrin çoxunda çalışan əməkdaşların təhlükəsizliyi də qorunmur. Bundan əlavə, Elməddin Muradlı bildirir ki, bəzi məntəqələrdə işçilərin avtomobilləri şəxsi işləri üçün istifadə etmə halları da olur.

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri