May
2019
16:58
17
409
5411
Virtual karabakh

“Yaşıl soyqırımı”: İşıqları söndürüb ağacları kəsdilər - VİDEO

6 May, 2019
16:58
5411

“Yaşıl soyqırımı”: İşıqları söndürüb ağacları kəsdilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonunun Məhəmməd Hadi küçəsində 99 ünvanında bir gecədə 130-dan çox ağacın kəsilməsi barədə məlumat vermişdik.

Baku TV əməkdaşları məsələnin təfərrüatını öyrənmək üçün həmin əraziyə yollanıblar.

Sakinlər ötən gün gecə saatlarında rayonun işıqlarının söndüyünü və bir az sonra ağacların kəsildiyini gördüklərini deyiblər. Onlar bildirib ki, ağacların kəsilmə əmri özünü sahibkar kimi təqdim edən, əslən Qazaxıstan vətəndaşları olan iki qardaş tərəfindən verilib.

Məsələ ilə bağlı sakinlər həm rayon İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər.

Qeyd edək ki, Nazirliyin rəsmisi İradə İbrahimova açıqlamasında bildirib ki, keçirilən baxış zamanı yaşıllıq sahəsində mülkiyyətçi Həzrət Temirov tərəfindən 25 meyvə ağacının kəsildiyi, iki zeytun ağacının və 96 nar kolunun köçürüldüyü, səkkiz çoxillik şam və qovaq ağacının isə yerində qaldığı müəyyən edilib.

Kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi, köçürülən ağaclara isə aqrotexniki xidmət göstərilməsi ilə bağlı torpaq mülkiyyətçisinə Nazirlik tərəfindən “məcburi göstəriş” verilib.

 Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri