May
2019
23:15
192
24
3477
Virtual karabakh

Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

7 May, 2019
23:15
3477

Problemli kreditlərlə bağlı 43 mindən çox məhkəmə işinə xitam verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası çərçivəsində indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib.

Bunları  Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və Tənzimlənmə İdarəsinin rəisi Orxan İsmayılov AzTV-nin “Günün nəbzi” verilişinin efirində səsləndirib.

O həmçinin bildirib ki, Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının işindən narazı qalanlar məhkəməyə müraciət edə bilərlər.

“Apelyasiya Komissiyası vətəndaşın kompensasiya ilə bağlı müraciətinə o halda "yox" cavabı verir ki, o, prezidentin məlum fərmanı ilə müəyyən edilmiş meyarlara uyğun olmasın”, - deyə Orxan İsmayılov qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri