May
2019
17:02
155
29
6499
Virtual karabakh

Salam, tarix! - FOTOREPORTAJ

8 May, 2019
17:02
6499

Salam, tarix! - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür, cəmiyyətdə əsas müzakirə mövzularından biri Bakının Süleyman Rüstəm küçəsində yerləşən tarixi binanın sökülməsi məsələsinin qaldırılmasıdır.

1913-cü ildə tikilən binanın özəl mülk olduğu, sahibinin isə binanı sökdürmək istədiyi bildirilir. 

Hazırda binada “Salaam Cinema Baku” fəaliyyət göstərir. 

106 yaşlı binanın söküləcəyi barədə xəbərlərin yayılmasından sonra bir qrup gənc binaya üz tutub, hətta bir neçə gün burada gecələyən də olub. Onlar tarixi binanın sökülməsinə və “Salaam Cinema”nın binadan çıxarılmasına qarşı çıxıblar. Gənclər “Salaam, tarix”, “Tariximizi sökməyin” yazılmış plakatlar açıblar. 

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin səsinə səs verərək, tarixi bina ilə bağlı məsələni dərhal nəzarətə götürüb.

Bundan sonra Mədəniyyət Nazirliyi bina ilə bağlı müvafiq araşdırmaların başladıldığını, tarixi əhəmiyyəti təsdiqlənərsə, dövlət nəzarətinə götürüləcəyi barədə açıqlama yayıb.

Oxu.Az-ın fotoqrafı 100-dən çox yaşı olan binaya baş çəkib.

Ciddi şəkildə restavrasiyaya ehtiyacı olan binadan fotoları təqdim edirik:

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri