11 
May
2019
11:50
135
28
5534
Virtual karabakh

Kimlər oruc tutmalı, imsak və iftarda necə qidalanmalı? - VİDEO

11 May, 2019
11:50
5534

Kimlər oruc tutmalı, imsak və iftarda necə qidalanmalı? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il milyonlarla müsəlman Ramazan ayında sübh tezdən gün batana qədər 30 gün ərzində oruc tutur. Oruc tutmaq həm də zəruri ehtiyaclardan imtina olunmaqla edilən ibadətdir.

İlahiyyatçı Hacı Şahin Həsənli Baku TV-yə müsahibəsində orucu batil edən əsas əməlləri sadalayıb.

İlahiyyatçı bildirir ki, dində heç bir məcburiyyət yoxdur, sağlamlıq vəziyyəti imkan verən hər kəs oruc tuta bilər.

Ramazan ayında orucun orqanizmə müsbət təsir etdiyini desələr belə, əks təsirləri də olur. 

Həkim-terapevt Nahid Məhərrəmovun sözlərinə görə, şəkər xəstəliyindən, qaraciyər piylənməsindən və artıq çəkidən əziyyət çəkənlərə oruc tutmaq faydalıdır. 

Lakin elə xəstələr də var ki, onlara oruc məsləhət deyil.

Həkim bildirir ki, imsakda kalorili qidalardan istifadə olunmalı, iftarda isə daha çox yüngül yeməklər yeyilməlidir. 

İlhamə Kələyeva, Orxan Hüseynzadə, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri