14 
May
2019
13:32
129
29
5241
Virtual karabakh

Sinoptiklərdən hava müjdəsi

14 May, 2019
13:32
5241

Sinoptiklərdən hava müjdəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi əsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz  26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.    
 
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz  27-32, dağlarda gecə 7-12,  gündüz 14-19 dərəcə isti təşkil edəcək.  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri