15 
May
2019
00:10
21
262
3864
Virtual karabakh

Zaqatalada 57 yaşlı kişiyə çaqqal hücum edib

15 May, 2019
00:10
3864

Zaqatalada 57 yaşlı kişiyə çaqqal hücum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala sakinini çaqqal yaralayıb.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Muğanlı kəndində baş verib. Kənd sakini 1962-ci il təvəllüdlü Fərman Qurbanəliyev torpaq sahəsində işləyərkən çaqqalın hücumuna məruz qalıb.Yırtıcının hücumu zamanı ayağından xəsarət alan F.Qurbanəliyev daha sonra çaqqalı öldürə bilib.

Sağ ayağının baldır nahiyyəsindən xəsarət alan Fərman Qurbanəliyev Zaqatala Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralıya ilkin yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

İlkin Akif

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri