15 
May
2019
11:25
116
38
2804
Virtual karabakh

Oğurladıqları avtomobillə qəzaya düşdülər, biri xəstəxanalıq oldu - FOTO

15 May, 2019
11:25
2804

Oğurladıqları avtomobillə qəzaya düşdülər, biri xəstəxanalıq oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada oğurladıqları avtomobillə qəzaya düşən dəstə üzvləri tutulublar.

Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.

Məlumatda bildirilir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, bu ilin aprel-may aylarında rayon ərazisində beş nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb.

Araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları “VAZ-2109” markalı nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsi törətdikləri məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hazırda onun vəziyyəti sabitdir.

Faktlarla bağlı cinayət işi başlanılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri