15 
May
2019
17:09
108
26
2149
Virtual karabakh

Qafqazda ilk: III biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası - FOTO

15 May, 2019
17:09
2149

Qafqazda ilk: III biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, “Bakı Ekspo” Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi işə başlayıb.

Tədbirdə dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirirlər.



Oxu.Az xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi qida sənayesi üzrə avadanlıqların, müasir texnologiyaların, məhsul və xidmətlərin nümayiş olunduğu, qarşılıqlı əməkdaşlığın qurulduğu və biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndiyi, yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi özünü doğruldub.

Q.Təhməzli qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı ilk ildən etibarən “WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşmış sərgidə iştirak edib və Agentliyin təqdim etdiyi ilk stend sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Bu il Qida Təhlükəsizliyi Agentliyi ikinci dəfə sərgidə öz stendi ilə iştirak edəcək. Sərgidə Agentlik üçün ayrılmış ərazidə qida sahəsində həyata keçirilən innovativ yeniliklər, bu sahədə istifadə edilən ən müasir laborator avadanlıqlar sərgi iştirakçılarına təqdim edilir. 

Qida Təhlükəsizliyi Agentliyininə məxsus bu ilki guşədə sərgi iştirakçıları müxtəlif qida məhsullarında təhlükəsizlik göstəricilərinin təyin edilməsini əyani şəkildə izləmək imkanı əldə edirlər. Eyni zamanda mütəxəssislər tərəfindən qida sahəsində böhran vəziyyətlərinin idarə edilməsinin, ixrac potensialı yüksək olan və daxili bazarda yoxlamalar zamanı ən çox saxtakarlığa məruz qalan məhsulların laborator müayinələrinin nümayişi həyata keçirilir.

Bu il həmçinin sərginin Agentlik üçün ayrılmış çöl sahəsində iştirakçılara Qafqazda ilk dəfə olaraq III biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir. Bu laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.

Bununla yanaşı, sərgidə iştirakçılara Səyyar Baytar Laboratoriyası da təqdim olunacaq. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Bu səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.

Sərgidə həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda, bu ilki sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, sərgi çərçivəsində 17 may tarixində II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri