16 
May
2019
14:16
4
173
2644
Virtual karabakh

Şirvanda avtomobil piyadanı vurub öldürdü - FOTO

16 May, 2019
14:16
2644

Şirvanda avtomobil piyadanı vurub öldürdü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, ​Şirvan şəhər sakini, 55 yaşlı Nazim Axundov yolu keçmək istəyən zaman Şirvan sakini Elnur Məmmədov idarə etdiyi minik avtomobili ilə onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərildikdən sonra o, travmotologiya şöbəsinə yerləşdirilib. Lakin bir müddətdən sonra xəstənin halı qəfil pisləşib.

Həkimlərin səyinə baxmayaraq Nazim Axundov xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri