17 
May
2019
10:15
21
363
6885
Virtual karabakh

Naxçıvanda avtomobil suya düşdü: ər-arvad öldü

17 May, 2019
10:15
6885

Naxçıvanda avtomobil suya düşdü: ər-arvad öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Report xəbər verir ki, Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri