17 
May
2019
14:45
111
38
2773
Virtual karabakh

Gəncədə kişi narkotiklə saxlanıldı, evindən silah çıxdı - VİDEO

17 May, 2019
14:45
2773

Gəncədə kişi narkotiklə saxlanıldı, evindən silah çıxdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, şəhər sakini 45 yaşlı Mehman İbrahimov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onun üzərinə baxış zamanı 286 həb sayında və ümumi çəkisi 178.5 qram narkotik vasitə hesab edilən “Metodon” və bir ədəd soyuq silaha bənzər turist bıçağı aşkar edilib.

Saxlanılan şəxsin evinə baxış zamanı evin həyətindəki meyvə ağacının dibinə basdırılmış ümumi çəkisi 140 qram çəkidə narkotik vasitə hesab edilən heroin və bir ədəd “Makarov” tipli tapança və ona məxsus patron darağı, iki ədəd patron, yataq otağının mebel dəstində isə 12 qram çəkidə metafetaminə oxşar psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri